"İranın bayram etməsi hələ tezdir"

4 Aprel 2015 13:07 (UTC+04:00)
İranda nüvə danışıqlarının hazırkı nəticələrinə görə bayram etmək hələ tezdir.

Movqe.az-ın Anspress-ə istinadən məlumatına görə, Almaniyanın xarici işlər naziriFrank-Valter ŞtaynmayerLozanna görüşləri ilə bağlı reaksiyasında bu cür ifadələr işlədib.

Ştaynmayer bildirib ki, danışıqları zamanı İranla "altılıq" ölkələri arasında razılığa dair maneələr aradan qaldırılıb. Onun sözlərinə görə, indi İran bu razılaşmanın şərtlərinə əməl etməlidir.

London və Parisdən də oxşar xəbərdarlıqlar gəlib. Böyük Britaniyanın baş naziriDevid Kameronqeyd edib ki, İranın razılaşmanın şərtlərinə əməl etmədikcə, rəsmi Tehrana qarşı sanksiyalar ləğv olunmayacaq.

Rusiyanın xarici işlər naziriSergey Lavrovrazılaşmanın həvəsləndirici olduğunu bildirib. Onun sözlərinə görə, yekun razılaşma üçün İranın əlinə yaxşı fürsət düşüb.