Fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb

4 Aprel 2015 13:13 (UTC+04:00)
Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.

Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə hissəsindən verilən məlumata görə, Sabirabad rayonu, Quruzma kəndində 1971-ci il təvəllüdlüAbbasov Salman Səttar oğlunaməxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə təmamilə yanıb.

Yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.