Şəmkirdə ev yanıb

4 Aprel 2015 16:08 (UTC+04:00)
Movqe.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evinin 2 otağında yanğın hadisəsi baş verib. Nəticədə evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

Yanğınsöndürənərin alova müdaxiləsi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:30 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Bədbəxt hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yanının səbələri araşdırlır.