Uşaq bir sutka maşında ölən anasının yanında qalıb
4 Aprel 2015 18:00 (UTC+04:00)
Böyük Britaniyanın Derbişir şəhərində oğlan uşağı 22 saat qapıları
bağlı olan maşında ölən hamilə anasının yanında qalıb.Movqe.az
modern.az-a istinadən xəbər verir ki, qadın heyvanat parkından evə
qayıdarkən qəflətən keçinib. Məlumatda qeyd edilir ki, 33 yaşlı
ibtidai sinif müəllimi Alina Roberts ölməzdən öncə avtomobilini
şəhərin küçələrindən birində saxlaya bilib. Onunla birgə
avtomobildə 2 yaşlı oğlu Bencamin də olub.
22 həftəlik hamilə olan qadın faciədən bir neçə saat əvvəl
evlərindən bir neçə kilometr aralıqda oğlu ilə birgə attraksionda
əylənib. Onun evə qayıtmaması haqda ilk həyəcan əri Aleksdən gəlib.
Bütün gecəni həyat yoldaşı ilə mobil telefonla əlaqə saxlamaq cəhdi
boşa çıxıb. Yolladığı onlarla SMS-ə də cavab almayıb, bundan sonra
Roberts arvadının və uşağının axtarışına çıxıb. Ehtimal olunan
marşrutu bir neçə dolaşsa da, doğmalarını tapa bilmədiyindən polisə
müraciət edib.
Polis zabitləri qadının olduğu avtomobili yalnız bir gün sonra
tapıblar. Onlar avtomobildə Bencamini anasının bədəninə qısılmış
halda görüblər.