Amerikalılar İrana qarşı hazırdadıqları bombanı sınaqdan çıxardılar

4 Aprel 2015 18:10 (UTC+04:00)
ABŞ-da bunker əleyhinə güclü bombanın sınağı keçirilib. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Pentaqon bu silahı İranla nüvə danışıqlarının uğursuz olacağı təqdirdə tətbiq etməyi düşünürdü. Bu bomba İranın hətta ən çox qorunan nüvə obyektlərini belə məhv etmək gücünə malikdir.