Tevezə görə 15 milyon avro təklif olunur

4 Aprel 2015 21:00 (UTC+04:00)

"Juventus"un hücumçusu Karlos Tevez PSG-nin maraq dairəsinə düşüb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, parislilər 31 yaşlı forvardı Levezzinin mümknü gedişini nəzərə alaraq kluba gətirmək istəyir. PSG Tevez üçün 15 milyon avro ödəməyə hazırdır. Argentinalı hücumçunun məvacibi isə 5.5 milyon göstərilir. Hazırda Tevez bundan 1 milyon az məvacib alır.

Qeyd edək ki, təcrübəli hücumçu 2013-cü ilin yayında "Manchester City"dən "Juventus"a transfer olunmuşdu.