Ölkənin qərb bölgəsində 3 yanğın

4 Aprel 2015 22:09 (UTC+04:00)

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağstafa rayonu, Soyuqbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 2 otaqlı ev və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Qazax rayonu, Aşağı Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Yanğından tövlənin qalan hissəsi mühafizə olunub. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.