Toyuna hazırlaşan müğənni: "Açıq-saçıq geyinmək artıq içimdən gəlmir"

4 Aprel 2015 23:12 (UTC+04:00)
Movqe.az gecce.az-a istinadən xəbər verir ki,Natavan,ilk növbədə, bu xəbəri danmağa çalışsa da, sonradan etiraf edib. Onun qapalı geyimi teleaparıcıMətanət Əliverdiyevanın nəzərindən yayınmayıb. O, "Son zamanlar qapalı geyinirsən. Deyəsən, bəyimiz açıq-saçıq geyinməyə icazə vermir?" deyə ifaçıya sual ünvanlayıb.

"Nə vaxt açıq-saçıq geyinmişəm ki? Qadağalar filan yoxdur. Açıq-saçıq geyinmək artıq içimdən gəlmir. Sənin verilişinə gələnləri görürəm. Qoy onlar geyinsin.

Özümü daha o geyimlərdə görmürəm. Mənə belə rahatdır. İnsana qadağa qoymaq olmaz. Əgər onun içində varsa, üzə çıxaracaq? Sabah istəsəm, yenə qısa geyinərəm".