Aprelin 5-nə olan hava proqnozu
5 Aprel 2015 10:29 (UTC+04:00)
Aprelin 5-də Bakıda
və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü
şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın
temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacağı
gözlənilir.
Naxçıvan Muxtar
Respublikasında havanın gündüz,
əsasən, yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə güclü qərb
küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, bəzi yerlərdə
1°-dək şaxta, gündüz 15-20° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında yağıntılı olacağı, sulu
qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz tədricən
kəsiləcək. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və
Cəbrayıl rayonlarında gecə bəzi
yerlərdə az yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və
Qusar rayonlarında bəzi yerlərdə
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir,
gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Bəzi yerlərdə
güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti,
gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz
6-11° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında, əsasən, yağmursuz
olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava
gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gün ərzində, əsasən,
yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman. Bəzi yerlərdə
güclü şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti,
gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-13° isti
olacağı gözlənilir.