Azərbaycan və Pakistan ticarətin inkişafı üzrə işçi şurası yaradacaqlar

5 Aprel 2015 11:03 (UTC+04:00)
Movqe.az-ın  Trend-ə istinadən verdiyi məlumata görə, bunu Pakistanın Ticarət-Sənaye Palatasının vitse-prezidentiMəhəmməd Vəsim Vohradeyib.

Onun sözlərinə görə, Azərbaycanla ikitərəfli ticarətin inkişafı üçün böyük potensial mövcuddur: "Bu, xüsusilə də düyü, tekstil ticarəti, plastik, kimyəvi maddələr və kənd təsərrüfatı məhsullarının ticarətinə aiddir".

Bu yaxınlarda M.V.Vohranın Azərbaycana səfəri zamanı iki ölkənin ticarət-sənaye palatası anlaşma memorandumu imzalayıblar.

O əlavə edib ki, Pakistan hökuməti Azərbaycanla əməkdaşlığa böyük önəm verir: "Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri zamanı onu müşayiət edən nümayəndə heyəti üzvlərinin sayı bunun bariz nümunəsidir".