Sumqayıtda şirkətdə yanğın

5 Aprel 2015 14:04 (UTC+04:00)
Sumqayıt şəhərində hal-hazırda fəaliyyət göstərməyən təmir-tikinti idarəsinə məxsus, ümumi sahəsi 300 kv.m olan  köhnə anbarın içərisində 100 kv.m sahədə istehsalat tullantıları yanıb. 

Movqe.Az FHN-ə istinadən bildirir ki, yanğından anbarın qalan hissəsi muhafizə olunub. Yanğın saat 21:57-də söndürülüb.