Bakıda binanı 16-cı mərtəbəsinədək alov bürüdü, 40 nəfər təxliyyə edildi
5 Aprel 2015 14:06 (UTC+04:00)
Bakının Nizami rayonunda çoxmərtəbəli
yaşayış binasının birinci mərtəbəsindən on altıncı
mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m,
axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında
kabellər 3 p.m. yanıb, hər mərtəbədə quraşdırılmış elektrik
sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 elektik
sayğacının 32-si yüksək temperaturdan
əriyib.
Movqe.az FHN-ə istinadən bildirir ki, mənzillər yanğından
mühafizə olunub. Yanğınsöndürənlər yuxarı mərtəbələrdən 40 nəfər
bina sakinini təxliyə ediblər. Yanğın saat 01:00-da
söndürülüb.