Azərbaycan Xəzərdən işıq alacaq
5 Aprel 2015 16:00 (UTC+04:00)
Azərbaycan Xəzərdə külək parkları yaratmaq
məqsədilə dənizin akvatoriyasının öyrənilməsi işlərinə başlayıb.
Movqe.az xəbər verir ki , bu barədə Trend-ə
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin direktor müaviniCəmil
Məlikov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji sistemi
qonşu ölkələrin analoji sistemləri ilə sıx əlaqəlidir və bu,
elektrik enerjisinin həm ixracı, həm də idxalı üçün imkanlar
yaradır: "Elektrik enerjisi sahəsində davamlı inkişaf Azərbaycanın
ixrac potensialını artıracaq. Generasiya güclərimizi artıra
biləcəyimiz sahələrdən biri də alternativ enerji
mənbələridir".
C.Məlikov qeyd edib ki, enerji gücü baxımından
Xəzər dənizinin ofşor zonası böyük potensiala malikdir: "Xəzərin
ofşor zonasında böyük külək potensialı var. Burada sərəncamımızda
olan böyük məkanda külək parkları inşa edə bilərik. Məhz bu
məqsədlə Xəzər akvatoriyasının öyrənilməsinə başlanılıb və bu işlər
uğurla davam etdirilir".
Hazırda Azərbaycanın enerji sisteminin gücü 7,2
min meqavat təşkil edir. Alternativ və bərpa olunan enerji
mənbələrinin ümumi potensialı isə 12 min meqavatdır.