Balakəndə məktəb yandı

5 Aprel 2015 18:12 (UTC+04:00)
Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 495 kv.m olan birmərtəbəli, 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb. 

Movqe.az FHN-ə istinadən bildirir ki, məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub. Yanğın saat 00:56-da söndürülüb.