Avtomobil aşdı, 12 nəfər öldü

5 Aprel 2015 20:11 (UTC+04:00)

Çinin şimal-qərb bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.Az APA-ya istinadən bildirir ki, Qansyu əyalətində ferma maşınının aşması nəticəsində 7 nəfər hadisə yerində, 5 nəfəri isə xəstəxanaya aparılarkən ölüb.

Daha 4 nəfərin xəsarət aldığı bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.