Piyadanı vurdu, 3 yaşlı uşağı da yaralandı

5 Aprel 2015 22:05 (UTC+04:00)
Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hadisə aprelin 4-də saat 22.30 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran şəhər sakiniCeyhun Etibar oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı, 42 BL 207 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən piyada, rayonun Şilavar kənd sakini, 52 yaşlıLətif Qafur oğlu Abbasovonun yoluna çıxıb. Nəticədə avtomobilin qabaq hissəsinə çırpılan L.Abbasov, eləcə də sürücünün yanında əyləşmiş 3 yaşlı oğluƏli Məmmədovqapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qəzanın dəqiq başvermə səbəbləri həyata keçirilən ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.