Səfirliyi gəmidə açdılar

6 Aprel 2015 00:05 (UTC+04:00)
Koreya Respublikası Yəmən ərazisində silahlı münaqişə ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti olaraq öz hərbi gəmisində açıb. Movqe.az bildirir ki , bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

Bu yaxınlarda cənubi koreyalıların Yəməndən təxliyəsindən sonra bu ölkədə qalmağa qərar verən 23 Koreya Respublikası vətəndaşının təhlükəsizliyini təmin etmək və onlara zəruri kömək etmək məqsədilə "Van Qoq" esminesində müvəqqəti diplomatik missiya yerləşdirilib.

Qeyd edək ki, göyərtəsində xüsusi təyinatlıların olduğu esmines Somali sahillərində dəniz quldurları ilə mübarizədə iştirak edir.