Husilər geri çəkilir, ancaq şərtləri var

6 Aprel 2015 10:30 (UTC+04:00)

Yəməndə şiə husiləri Səudiyyə Ərəbistanı rəhbərliyi altında keçirilən hava hücumlarının dayandırılması halında müzakirələrə hazır olduqlarını elan ediblər. Movqe.az xəbər verir ki, şiə husiləri şərti danışıqlara razılıq veriblər. Bu barədə açıqlamanı keçmiş prezidentin müavini Saleh Səməd verib.Səməd mövqelərinin dəyişmədiyini, keçmiş prezidentin geri qayıtmasına qarşı olduqlarını bildirib:"Danışıqlara başlamaq üçün hücumlar dayandırılmalıdır. Başqa bir şərtimiz yoxdur".Qeyd edək ki, Yəməndə Hadi qüvvələri və husilər arasında toqquşma hələ də davam edir. Son məlumatlara görə, husilər Mualla limanına doğru hərəkət edirlər.