Baş Prokurorluq Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin başlanması barədə məlumatlara münasibət bildirib
17 Avqust 2012 15:08 (UTC+04:00)
Baş Prokurorluq
mərhum prezident Əbülfəz Əliyevin zəhərlənməsi faktı ilə bağlı
cinayət işinin başlanmasına dair məlumatlara münasibət
bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-nın sorğusuna cavabında bildirib ki,
sabiq prezident Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən
zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz
Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda
araşdırılıb.
Araşdırma zamanı H. Hacıyev və başqaları Ə. Əliyevin ölümündən
əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi
barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən
törədilməsinə kifayət qədər ehtimalların olduğunu
bildiriblər.
Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və
nəticəsi barədə ictimaiyyətə əlavə məlumat
veriləcək.