Futbolçu məşq zamanı öldü

6 Aprel 2015 16:10 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Report-un məlumatına görə, 28 yaşlı hücumçu ürək çatışmazlığından vəfat edib. Batumidə komandanın məşqi zamanı qəflətən Partenadzenin halı pisləşib və yerə yıxılıb. I liqa təmsilçisinin futbolçusu yerindəcə keçinib. Qeyd edək ki, 2009-cu ildə Belarusun paytaxtı Minskdə müayinə zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, Arçil Partenadze futbolu atmayıb. Ötən il "Betlemi"nin baş məşqçisi olan hücumçu, komandaya kömək məqsədilə yenidən oynamağa başlayıb.