Türkiyədə baş direktor elektrik kəsintisinə görə istefa verib

6 Aprel 2015 16:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Müsavat.com-un məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Keçən həftə baş verən elektrik kəsintisinin araşdırmaları davam edir. Bu günkü araşdırmadan sonra açıqlama verən T. Yıldız bildirib ki, elektrik kəsintisinə texniki nasazlıq səbəb olub. Nazir eyni zamanda elektrik idarəsinin direktoru Kamal Yıldırın da istefa verdiyini açıqlayıb. T. Yıldız deyib: "Bir çox uğursuzluq eyni anda başımıza gəldi. Ümumi sayı 7 olan uzun xətlərimiz yüksək gərginliyə tab gətirməyərək sıradan çıxıb. Nəticədə isə ölkənin qərbi ilə şərqi arasında əlaqə tamamilə kəsilmiş oldu. Elektriklərin kəsilməsinə səbəb bir xətdəki problem olub. Onu da əlavə edim ki, parlament seçkilərinə görə bütün personal fasiləsiz iş rejiminə keçib və enerji idarəsinin direktoru Kamal Yıldır istefa verib".