Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların dərslik problemini həll edəcək
17 Avqust 2012 15:45 (UTC+04:00)
Təhsil Nazirliyi
Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərdə
dərslik problemini həll edəcək.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq
Şahbazlının APA-ya verdiyi
məlumata görə, artıq nazirliyin Gürcüstanın Elm və Təhsil
Nazirliyinə ünvanladığı məktub həmin quruma çatdırılıb:
"Gürcüstanın Elm və Təhsil Nazirliyi həmin məktəblərdə dərsliyə
olan tələbatı öyrənəcək və bizə öz sifarişlərini verəcək. Biz yeni
dərs ilinədək həmin məktəblərdə tələbat olan Azərbaycan dili və
ədəbiyyat dərsliklərini Gürcüstana göndərəcəyik"
F.Şahbazov onu da bildirib ki, Azərbaycanda yaşayan udinlər üçün
yeni dərsliyin çapına başlanılıb: "3-cü sinif şagirdləri üçün
nəzərdə tutulan "Udin dili" dərsliyi 300 tirajla çap ediləcək, yeni
dərs ilinədək Qəbələ rayonun Nij kəndindəki məktəblərə
paylanılacaq".
Şöbə müdiri, Azərbaycanda digər milli azlıqların dərsliklə bağlı
problemlərinin olmadığını deyib. O deyib ki, Azərbaycanda talış,
ləzgi, saxur, avar və udinlər üçün dərsliklər çap
edilib.