Ermənilər itkini necə gizlədir?

6 Aprel 2015 17:10 (UTC+04:00)

Ermənistan ordusunda həlak olmuş əsgər Vaniçki Ovakimyanın atası məhkəməyə müraciət edib. Movqe.az-ın məlumatına görə, Ovakimyan ailəsi övladlarının intihar etdiyinə inanmır və onun öldürüldüyünü düşünür. Məhkəmə versiyasına görə, 2013-cü il dekabrın 10-da dünyasını dəyişmiş əsgər intihar edib. Onu intihara sövq etdirmiş əsgərlər Şmavona Kürexyana 7 il və Paruyr Mkrtçyana 5,5 il həbs cəzası kəsilib. Rota komandiri Arman Muradyan 3 il həbs, serjant Narek Mitoyan isə 1 il şərti cəza alıb. İstintaq versiyasına görə, Ovakimyan əsgər Paruyr Mkrtçyanın telefonun itməsinə görə intihar edib. Telefon növbətçi Babaxanyan tərəfindən oğurlanıb, amma sonradan telfonun Ovakimyan tərəfindən oğurlandığı müəyyən edilib.