Rihanna oğurluqda ittiham olundu - Video

6 Aprel 2015 17:38 (UTC+04:00)

Movqe.az "Segodnya.ua"ya istinadən xəbər verir ki, Rihannanın "Bitch better have my money" mahnısı texaslı reper xanım Britanninin mahnısının təkrarıdır. Qeyd edək ki, Britanninin "Betta have my Money" mahnısı doqquz ay öncə dinləyicilərə təqdim olunub. Amma o, Rihanna qədər məşhur olmadığına görə mahnısı dünya səviyyəsində tanınmayıb. Reper xanımın Rihannanı məhkəməyə verib-verməyəcəyi isə sual altındadır. Müqayisə üçün videoları təqdim edirik: