Türkiyə bu il “Eurovision”a qatılmayacaq

6 Aprel 2015 18:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyə "Eurovision 2015" Mahnı Müsabiqəsində iştirak etməyəcək. "Eurovision"un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: "Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə "Eurovision 2015"də iştirak etməyəcək". Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqəədə iştirak edəcəyini açıqlamışdı