“Məndə orta yoxdur” - Aygün Kazımova

6 Aprel 2015 18:52 (UTC+04:00)

Movqe.az-ın  məlumatına görə, xalq artisti "Onlar" verilişinə açıqlamasında bir müddət uzun ətəklər geyinəcəyini bildirib: "Bu modelyerim Bessonun mənim üçün düşündüyü imicdir. Uzun ətəkli imicimi çox sevdim. Məndə orta yoxdur. Ya çox uzun, ya çox qısa ətək geyinməliyəm. Modelyerimə demişəm ki, bir müddət bu imicdə qalım".  Kazımova türk müğənnilərindən birinin onun "Düşün məni" mahnısını ifa edəcəyini də açıqlayıb: "Türkiyənin tanınmış musiqiçisi Murad Yetər mənə zəng etdi. Bildirdi ki, "Düşün məni" mahnısını türk müğənnisi oxumaq istəyir. Dedim ki, qurbandı. Kimin oxuyacağını bilmirəm. Bilirəm ki, Murad Yetər elə-belə müğənniyə mahnımı verməz. "Yenə tək" mahnımı Ajda Pekkan və Müslüm Gürsəs ifa edib. Müslüm Gürsəsin də ifasını çox bəyənmişdim".