Azərbaycanda növbəti dərs ilində 50-yə yaxın yeni məktəb binası istifadəyə veriləcək
17 Avqust 2012 16:30 (UTC+04:00)
Azərbaycanda yeni dərs ilində
tikintisi aparılan yeni məktəb binalarının 50-yə yaxını istifadəyə
veriləcək. APA-nın məlumatına
görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov YAP-ın
saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda yeni məktəblərin tikintisi həm Təhsil
Nazirliyi, həm də yerli icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir: "Nazirlik tərəfindən bu gün tikinti-təmir işləri
aparılan müəssisələrin sayı 70-ə yaxındır. Onlardan 54-ü yeni
məktəb, 6-sı əlavə korpusların tikintisidir. O cümlədən, 10
məktəbdə və 1 internat məktəbində əsaslı təmir işləri
aparılır".