HSBC bombaçısı Hələbdə öldürüldü

17 Avqust 2012 18:56 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriyada Halepdəki qarşıdurmalarda öldürülən Mətn Ekincinin İstanbulda HSBC binasına baş verən hücumları planlaşdıranlardan Azad Ekincinin qardaşı olduğu ortaya çıxıb. Hücumda istifadə edilən maşının Mətn Ekincinin adına olduğu aşkarlanıb.

Suriyadakı qarşıdurmalarda prezidenti Bəşər Əsəd rəhbərliyinə bağlı əsgərlər tərəfindən öldürüldüyü açıqlanan Mətn Ekincinin 2003-cü ildə İstanbulda Əl Qaidənin HSBC binasına, İngilis Konsulluğu və Neva Şalom Sinagoguna təşkil edilən bomba hücumlarının planlayıcısı olan Azad Ekincinin qardaşı olduğu ortaya çıxıb. Suriyada çıxan qarşıdurmalarda Bəşər Əsədə qarşı döyüşən "Azad Suriya Ordusu"nda iştirak etdiyi deyilən Mətn Ekincinin Hələb şəhərində çıxan qarşıdurmada öldürülüb.

Hücumda istifadə edilən maşının da Mətn Ekincinin adına olduğu bildirilib.