Türk dövlətləri üçün ortaq tarix dərsliyi yazılacaq
12 Aprel 2012 14:56 (UTC+04:00)
Mövqe.az xəbər verir ki , Türk dövlətləri arasında əməkdaşlıq
artırmaq məqsədiylə qurulan Türk Şurası avqust ayında Bişkekdə
keçiriləcək zirvədə toplantısında təhsil, mədəniyyət və elm
sahəsində əhəmiyyətli qərarlara imza atmağa hazırlanır.
Üzv ölkə məktəblərində ortaq tarix kitablarının oxudulması və ortaq
əlifbaya keçilməsi gündəmin ən ön sıralarında yer alır. Jurnalistə
məlumat verən baş katib Xəlil Akıncıya görə Şura sayəsində tarixdə
ilk dəfə könüllü yığışan türk dövlətləri "yanaşı" yeriməyi
öyrəndikdən sonra "birlikdə addımlamağ"a davam edəcəklər.
Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan dövlət başçılarının
2009-cu ildə Naxçıvanda bir araya gələrək quruluş razılaşmasını
imzaladığı təşkilatın 4 üzvü var . Qurum 103 milyon əhali və 1
trilyon 287 milyon dollarlıq maliyyəyə malikdir. Özbəkistan və
Türkmənistanın da üzv olması nəticəsində Türk Şurasının əhalisinin
sayı 140 milyona, maliyyə fondu isə 1,5 trilyon dollara çatacaq.
Təşkilatın baş katibliyi İstanbulda yerləşir.
13-cü əsrə qədər bir-birlərini asan anlayan türklər arasında dil və
əlifba birliyini təmin etmək üçün müəyyən işlər gördüklərini
söyləyən baş katib Xəlil Akıncı Azərbaycan, Özbəkistan və
Türkmənistanın kiçik fərqlərlə birlikdə Latın əlifbasına keçdiyini,
digər ölkələrin də bunları izləyəcəyini, ortaq dil mövzusunda isə
mütəxəssislər tərəfindən terminlərdən başlayaraq işlər getdiyini
deyib.
Baş katib, Türkmənistanın Latın əlifbasına keçməsinə lazım olan
10-15 milyon dollarlıq dəstəyi Türkiyənin verdiyini, məktəb
kitablarının isə Türkiyədə nəşr olunduğunu qeyd edib.
Müstəqillik qazanan türk dövlətlərində milliyyətçiliklə birlikdə
İslama yönəlmənin də artdığına diqqət çəkən Xəlil Akıncı 1970-ci
illərdə Özbəkistan ziyarətində bir məscidə getmək istədiyini, 60
yaş kiçiklərə icazə verilməyən məscidin ətrafının mühasirəyə
alındığını şəxsən gördüyünü vurğulayıb. Mənəvi istiqamətlənmənin
normal olduğunu deyən Akıncı, Sələfiliyin artdığını və buna da
diqqət ayrılmasına ehtiyac olduğunu vurğulayıb.
Əfqanə Məzahirqızı