Apple” ı məhkəməyə veriblər

12 Aprel 2012 15:02 (UTC+04:00)
Mövqe.az xəbər verir ki , Amerika Birləşmiş Ştatlarında bəzi nəşriyat rəhbərləri ilə razılaşaraq elektron kitab bazarında haqsız rəqabətə gətirib çıxardığı iddia edilən texnologiya nəhəngi "Apple" bir sıra problemlərlə üzləşib.
Ədliyyə Nazirliyi Apple firması əleyhinə 2010-cu ildə İPad'i satışa vermədən öncə beş nəşrçi ilə elektron kitab qiymətlərini yüksəltməklə bağlı məhkəməyə verməyə hazırlaşır.
Şərhi şəxsən Amerika Ədalət naziri olan Eric Holder verib: " Onlar iBook store vasitəsilə satılıan kitablardan əldə olunan gəlirdən Apple-a 30 faiz komissiya ödəməklə bağlı razılığa gəliblər "
Haqqında danışılan nəşrçi firmalardan üçü geri addım ataraq, istehlakçılara təzminat ödənilməsi üçün 51 milyon dollar ödəməyi qəbul edərkən, Penguin və Macmillan adlı Nəşriyyatlar isə Apple-la birlikdə onlara doğru yönəldilmiş iddialara qarşı özlərini müdafiə etməyə qərar veriblər.
New York Birjasında hissələri ilin sonundan bəri 60% dəyər qazanan Applen-ın bazar dəyərinin dünən ilk dəfə 600 milyard dollara çataraq rekord qırdığı açıqlanıb.

Əfqanə Məzahirqızı