Şimali Kipr Türk Respublikasında (ŞKTR) nazirlərdən birinin avtomobili oğurluq avtomobil çıxıb. Bu barədə ictimaiyyətə ŞKTR keçmiş dövlət nümayəndəsi olan Kudret Özersay məlumat verib. Onun sözlərinə görə, hazırda ölkəsindəki maliyyə naziri oğurluq avtomobil sürür.
Qeyd edək ki, keçmiş dövlət
rəsmisinin mövzu ilə bağlı çıxışı Şimali Kipr Türk Respublikasında
böyük ajeotaja səbəb olub. Ölkədə hamı maliyyə naziri Ersin Tatarın
avtomobilini hardan və necə oğurlaması ilə maraqlanır.
Baş verənlərdən sonra Kiprin Gömrük İdarəsinin rəhbəri Mustafa
Çobanoğlu hadisəyə aydınlıq gətirib. O bildirib ki: "ŞKTR-in
maliyyə naziri Ersin Tatarın ikinci iş avtomobili olaraq istifadə
etdiyi MB 056 nömrəli avtomobil, 2001-ci ilin noyabr ayında Girne
limanına bir ingiltərəli vətəndaş tərəfindən gətirilib. Avtomobil
gətirildikdən 5 gün sonra ingiltərəli Cənub Kiprə keçib və geri
qayıtmayıb. Bundan sonra avtomobil 3 ay gömrükdə qalıb. Daha sonra
hərraca çıxarılıb və satıla bilməyib. Satış baş tutmayınca Dövlət
Əmlak İdairəsinə təhvil verilib. Avtomobil lüks olduğu üçün maliyyə
nazirinə ikinci iş avtomobili olaraq verilib."