Bulvarda özünü dənizə atdı

19 Avqust 2012 20:34 (UTC+04:00)

Bakıda 17 yaşlı oğlan özünü Xəzər dənizinə ataraq intihar edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir nəfər özünü dənizə ataraq, intihar etməsi barədə məlumat daxil olub.

Nazirliyin hadisə yerinə cəlb edilmiş dalğıc-xilasediciləri, 1995-ci il təvəllüdlü İsa Gülverdi oğlu Fərzəliyevin cəsədini xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə taparaq sudan çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.