Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,635 mln. nəfəri ötüb
20 Avqust 2012 16:43 (UTC+04:00)
Bu il avqustun 1-i vəziyyətinə Azərbaycanda
iqtisadi fəal əhalinin sayı 4 635,1 min nəfər olub ki, onlardan 4
390,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif
sahələrində məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata
görə, 2012-ci ilin yanvar-iyun aylarında məşğul əhalinin tərkib
hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 395,9 min nəfər,
orta siyahı sayı isə 1 373,3 min nəfər, o cümlədən iqtisadiyyatın
dövlət bölməsində 849,4 min nəfər, qeyri-dövlət bölməsində isə
523,9 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft
sektorunda 36,9 min nəfər, qeyri-neft sektorunda isə 1 336,4 min
nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd
təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 332,9
min nəfər təşkil edib.
"Avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən
ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,8 min
nəfər olub ki, onların 42,4%-ni qadınlar təşkil edib. Hər bir boş
iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri
düşüb. İşsizliyə görə müavinətin orta məbləği 202,4 manat olub", -
deyə Komitədən bildirilib.