Ramazan ayı ilə əlaqədar Nazirlər Kabinetinin işçilərinə mükafat ayrılıb

21 Avqust 2012 20:19 (UTC+04:00)
Azərbaycan Nazirlər Kabinetinin Aparatı və xidmət heyəti işçilərinə mükafat ayrılıb.APA-nın məlumatına görə, bu barədə baş nazir Artur Rasizadə sərəncam imzalayıb. Belə ki, Ramazan bayramı ilə əlaqədar, Nazirlər Kabinetinin Aparatı və xidmət heyəti işçiləri, Nazirlər Kabinetinə 2012-ci il üçün ayrılmış "Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri" fondu hesabına aylıq vəzifə maaşının 50 faizi məbləğində mükafatlandırılıb.