Ali məktəblərin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə müsabiqədə iştirak etmək üçün 5082 nəfər ərizəsini təsdiqləyib
21 Avqust 2012 20:28 (UTC+04:00)
Azərbaycanda ali təhsil
müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə
keçiriləcək müsabiqədə iştirak etmək üçün 5082 nəfər ixtisas seçimi
ərizəsini təsdiqləyib.
APA-nın Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) saytına istinadən verdiyi məlumata görə,
onlardan 4686-sı Azərbaycan, 1396-sı rus bölməsi üzrədir. I ixtisas
qrupu üzrə 1198, II qrup üzrə 911, III qrup üzrə 2278, IV qrup üzrə
isə 695 nəfər ərizəsini təsdiqləyib.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş
qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas
məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta
ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent"
jurnalının 5-ci, ali təhsil müəssisələrindəki boş yerlərin siyahısı
"Abituriyent" jurnalının 8-ci sayında dərc olunub.
2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə
yerləşdirmənin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan
yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub.
2000-dək vakant yer qalıb. Vakant yerlərə ixtisas seçimi avqustun
19-dan 23-dək internet vasitəsilə aparılacaq.