Moskvanın “Spartak” komandası pərəstişkarının “Fənərbaxça” ilə matçda hərəkətlərinə görə cəzalandırılacaq
22 Avqust 2012 22:31 (UTC+04:00)
Moskvanın "Spartak" futbol komandasının
pərəstişkarının Türkiyənin "Fənərbaxça" ilə Çempionlar Liqasındakı
matçda hərəkətlərinə görə Rusiya klubu cəzalandırılacaq.
APA-nın İTAR-TASS agentliyinə
istinadən verdiyi xəbərə görə, Moskvanın Lujniki stadionunda
keçirilən matçda UEFA-nın reqlamentini pozaraq Rusiya fantları
pirotexniki vasitələrdən istifadə edərək fayer-şou təşkil ediblər.
2010-cu ildə UEFA "Spartak" komandasına Polşanın "Jilina" ilə
matçdan sonra baş vermiş iğtişaşlardan sonra xəbərdarlıq etmişdi.
Sınaq müddəti başa çatmadan Rusiya fanatları təkrar UEFA-nın
qaydalarını kobud şəkillidə pozublar. Bununla yanaşı "Spartakın" 20
nəfərə qədər fanatı maçdan qabaq Moskvanın mərkəzində olan barda 12
nəfər "Fənərbaxça" tərəfdaşlarına hücum ediblər. Daha bir toqquşma
matçdan sonra baş verib.
UEFA-nın inzibatı-nəzarət komissiyası "Spartak" klubu ilə bağlı
məsələyə növbəti iclasında İsveçrədə baxacaq. UEFA Rusiya klubuna
xəbərdarlıqdan başlayaraq lisenziyanı geri çağırmağa qədər cəza
tətbiq edə bilər.