Bu günə gözlənilən hava şəraiti
23 Avqust 2012 11:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı,
gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacağı gözlənilir.
Arabir güclənən şimal küləyi
əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 25-29
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun
temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada
24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx,
Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun
23-də şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30,
dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti
olacaq.
Avqustun 24-dək ölkə ərazisində
qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.