Bişkekdə Türkiyə-Azərbaycan-Xəzər-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu koridorunun yaradılmasına dair protokol imzalanıb

23 Avqust 2012 13:46 (UTC+04:00)
APA-nın "KirTAQ" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
N.Nazarbaev qeyd edib ki, bu dəmir yolu magistralı türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində vacib rol oynayacaq.
"Bu çox vacib magistraldır və biz bununla məşğul olmaq qərarına gəldik", - deyə Qazaxıstan prezidenti vurğulayıb. N.Nazarbayev həmçinin Bişkek sammitinin yüksək səviyyədə təşkil olunmasına görə Qırğızıstan prezidenti Almazbek Atambayevə təşəkkür edib:"Bütün nümayəndə heyətlərinin başçıları adından qardaş qırğız xalqına bu vacib sammitin təşkili və keçirilməsinə görə təşəkkür edirəm".