Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulub

23 Avqust 2012 15:00 (UTC+04:00)
Avqustun 22-də Meksikanın paytaxtı Mexikodakı Azərbaycan-Meksika dostluğu parkında Heydər Əliyevin heykəlinin açılışı olub. ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. E. Abdullayevin sözlərinə görə, dünən həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin də açılışı keçirilib.
Mexikonun Tlakskoake meydanı təmir olunduqdan sonra orada Xocalı abidəsi qoyulub və adı dəyişdirilərək Tlakskoake-Xocalı olub.
Açılış mərasimlərində baş nazirin müavini Əli Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Mexikonun meri Marselo Embrard, senatorlar, deputatlar iştirak ediblər.