Bu günə gözlənilən hava şəraiti
24 Avqust 2012 11:53 (UTC+04:00)
Movqe.Az xəbər veriri ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında avqustun
24-də hava şəraitinin dəyişkən
buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi
gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 20-23, gündüz 28-33
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun
temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada
24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx,
Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə
avqustun 24-də əsasən cənub və şərq rayonlarında şimşək çaxacağı, yağış
yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35,
dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti
olacaq.
Tibbi-meteoroloji proqnozlara görə
yaxın 2 gündə Bakıda və Abşeron
yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
meteohəssas insanlar üçün əlverişli olsa da, cənub-şərq küləyinin
üstünlüyü, eyni zamanda rütubətli hava şəraiti bəzi meteohəssas
insanlarda narahatlıq hissi yarada bilər.