“Barselona” - “Real Madrid” matçında 35 dəqiqəyə 5 qol
24 Avqust 2012 13:29 (UTC+04:00)
"Barselona" klubu futbol üzrə İspaniya Superkuboku uğrunda ilk
matçda "Real Madrid"i məğlub edib. Lent.az-ın məlumatına görə,
əzəli rəqiblərin "Nou Kamp"da keçirilmiş qarşılaşması Kataloniya
təmsilçisinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Bütün qollar ikinci hissədə vurulub. 55-ci dəqiqədə Kriştianu
Ronaldu künc zərbəsindən sonra qonaqları önə keçirib. Lakin 1
dəqiqə sonra Pedro Rodriges bərabərlik yaradıb. 70-ci dəqiqədə
Lionel Messi penaltidən "Barsa"nı irəli çıxarıb. 78-ci dəqiqədə
Xavi Ernandes fərqi artırıb. 85-ci dəqiqədə isə "Real Madrid"in
oyunçusu Anxel Di Mariya yekun nöqtəni qoyub. Cavab görüşü avqustun
29-da "Santyaqo Bernabeu" stadionunda olacaq.
Qeyd edək ki, İspaniyada çempionla kubok sahibini üz-üzə gətirən
Superkubok matçları 1982-ci ildən keçirilir. "Barselona" 10, "Real
Madrid" 8 dəfə qalib olub. Kataloniya komandası son 3 ildə
Superkuboku heç kimə verməyib.