Hande Yener Madonnanın ayaqqabılarını aldı

24 Avqust 2012 16:25 (UTC+04:00)

Hande Yener həm tətil üçün, həm də prodüserlər ilə görüşmək üçün keçən günlərdə Amerikaya gedib. Məşhur müğənni orada səhnə geyimləri üçün alış-veriş edib. Mağazaları dolaşıb tərzinə uyğun aksesuarlar seçən Yener alış-veriş turunda heyranı olduğu pop ulduz Madonnanın dizaynlarını da tapıb.

Madonanın dizayn etdiyi "Truth or Dare" adlı ayaqqabı kolleksiyası ilə yaxından tanış olan Hande Yener bütün modellərdən bir cüt alıb.

Madonnanın "W.E." filminin kreativ dizayn məsləhətçisi Arian Fillips ilə hazırladığı vamp və rok motivləri daşıyan kolleksiyasındakı ayaqqabıların qiyməti 89 ilə 349 dollar arasında dəyişir.publika