"Barselona"nın ən zəif nöqtəsi

24 Avqust 2012 17:45 (UTC+04:00)

"Barselona" - "Real Madrid" oyunun dönüş nöqtəsi hesab 3-1 olarkən Messinin qapıçı Kasillas ilə təkbətək qalması idi.

Ancaq Kasillasın qola maneə oldu. Qapıçının oyuna daxil etdiyi top "Barselona"nın qapısına qədər getdi. Valdes ona edilən ötürməni yaxşı kontrol edə bilədi. "Real Madrid"in hücumçusu De Mariayla isə bundan yaxşı istifadə etdi.

Beləliklə oyun 4-1 olacaqdı, 3-2 oldu.

Dünən gecə İspaniya Superkuboku uğrunda "Barselona" və "Real" arasında keçirilən ilk qarşılaşmada, kobud səhvi ilə yadda qalan "Barselona" futbol klubunun qolkiperi Viktor Valdes, katalon klubunun azarkeşləri tərəfindən ciddi tənqidlərə və təzyiqlərə məruz qalıb.Məhz V.Valdesin yekəxanalığı ucbatından Anxel Dimaria "Barselona"nın qapısına yol tapmışdı. İspaniya mətbuatı yazır ki, qolkiperin bu məsuliyyətsizliyindən dəhşətə gələn "Barça" azarkeşləri, onun Twitter səhifəsinə hədə və qəzəb dolu söyüş "ismarıcları" yollayıblar.