Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib

12 Aprel 2012 16:51 (UTC+04:00)
Mövqe.az xəbər veriri ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib.
İclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin Sədri M. Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Həmçinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb.
Sonda Xəzər məsələləri üzrə ikitərəfli və çoxtərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyətindən danışılmış və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.

Nuranə Novruzova