Azərbaycanın xalq artisti İlhamə Quliyeva ürəyindən əməliyyat olunub
25 Avqust 2012 14:21 (UTC+04:00)
Azərbaycanın xalq artisti İlhamə
Quliyeva ürəyindən cərrahiyyə əməliyyatı olunub. Xalq artistinin
prodüseri Lamiyə Ələkbərova APA-ya bildirib ki, Mərkəzi Neftçilər
Xəstəxanasında bu gün saat 7.30-da başlayan əməliyyat saat 5
saatadək davam edib və uğurlu olub. O, İ. Quliyeva üzərində açıq
ürək əməliyyatı aparıldığını deyib.
Əməliyyat müddətində müğənninin yaxınları da xəstəxanada olublar.
Prodüserin sözlərinə görə, İ. Quliyeva iki gün reanimasiya
şöbəsində qalandan sonra palataya köçürüləcək.