Azərbaycanda bu ilin ilk 6 ayı ərzində istehsalatda 28 ölüm faktı qeydə alınıb

27 Avqust 2012 13:36 (UTC+04:00)
Azərbaycanda ötən ilin ilk 6 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı 128 olub. Bu ilin ilk 6 ayı ərzində isə 96 belə fakt qeydə alınıb.APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev jurnalistlərə açıqlamasında deyib.
R. Tağıyevin sözlərinə görə, ötən ilin ilk 6 ayı ərzində istehsalatda 53, bu ilin müvafiq dövründə isə 28 ölüm faktı qeydə alınıb. Tikinti sektorunda ötən il də, bu il də 13 ölüm halı qeydə alınıb: "Buna səbəb əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarının, iş yerlərinin standartlarının qəbul edilmiş normalara uyğun qurulmamasıdır".