2 helikopter qaldırıldı

27 Avqust 2012 13:57 (UTC+04:00)

Avqustun 26-da saat 09:21 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə Şamaxı rayonu, Osmanbəyli kəndinin dağlıq ərazisində quru ot və kol-kos sahəsinin yanması ilə bağlı məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğının meşə zolağına keçmə ehtimalı var.

Dərhal FHN-in DYMX-nın canlı qüvvə və texnikası, həmçinin Aviasiya Dəstəsinin iki helikopteri yanğının söndürülməsinə cəlb olunub. Yanğın saat 21:35 radələrində məhdudlaşdırılıb və meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğının sahəsi 20-25 ha ərazini əhatə edib. Hal-hazırda ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi işi davam edir.