Avropa Parlamentinin deputatı Azərbaycana gəlir
27 Avqust 2012 14:19 (UTC+04:00)
Avropa Parlamentinin (AP) deputatı,
Sosialistlər və Proqressiv Demokratlar alyansının üzvü, Almaniya
Sosial-Demokrat Partiyasının üzvü Norbert Neuser Milli Məclisin
deputatı, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri
Elxan Süleymanovun dəvəti ilə avqustun 27-dən 30-dək Azərbaycanda
işgüzar səfərdə olacaq. APA-nın xəbərinə görə, Norbert Neuser
səfər müddətində Azərbaycan reallıqları ilə tanış olmaq, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində ölkəyə dəymiş maddi və mənəvi zərər
barədə məlumat əldə etmək istəyir.
N. Neuser səfər zamanı Almaniyanın Reynland-Pfalz torpağının
inzibati mərkəzi olan Maynts şəhəri ilə Bakı şəhəri arasında mövcud
olan qardaşlaşmış şəhərlər əlaqələrinin bərpa edilərək yeni
müstəvidə inkişafı təklifi ilə çıxış edəcək. Qonaq Azərbaycanın iş
adamları ilə görüşməyi, Avropa Birliyinin dəstəklədiyi təhsil
proqramları ilə tanış olmağı da planlaşdırır.