Jurnalist iki körpə uşağı ilə intihar etdi - FOTOLAR

27 Avqust 2012 14:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Belarusun BelTA agentliyinin müxbiri Milena iki az yaşlı oğlu ilə birgə yaşadığı mənzilin eyvanından özünü intihar edib. Hadisə Minsk şəhərinin Pançenko küçəsində baş verib. 32 yaşlı jurnalist xanım və uşaqları xəstəxanaya çatdırılmamış dünyasını dəyişiblər. Hazırda BelTa agentliyinin redaksiyasında müstəntiqlər işləyir. İlkin versiyaya görə, Milenanı intiharının səbəbi depressiya olub. Onun keçmiş əri ilə münasibətlərinin gərgin olduğu da bildirilir. "Komsomoslkaya Pravda" qəzetinə açıqlama verən Frunzenski rayon polis şöbəsinin rəisi Aleks Haidukeviç belə deyib: "Mərhumun ailəsi yaxşı hesab edilib. Qadın analıq məzuniyyəti idi. O, "Belta"nın jurnalist idi. Müstəntiqlər hazırda hadisə yerində işləyirlər. İlkin ehtimallara görə faciəyə səbəb kimi depressiyanı göstərmək olar."