Saakaşviliyə “Tı kto takoy, davay, do svidaniya” dedilər...- FOTO - VİDEO

27 Avqust 2012 18:52 (UTC+04:00)

Azərbaycanlı meyxanaçılar, Ehtiram və İntiqam Rüstəmovların ifa etdikləri "Tı kto takoy, davay, do svidaniya" meyxanası, deyəsən, siyasi çalarlar almaqda davam edəcək. İndi də Gürcüstan müxalifəti bu meyxananın sözlərinə klip çəkdirərək, prezident Mixail Saakaşviliyə ünvanlayıb. 

Lent.az Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, klipdə ənənəvi gürcü təamları ilə stol arxasında oturanlar "Tı kto takoy, davay do svidaniya" deyərək, Mixail Saakaşvilini istefaya çağırıblar.
Başqa məlumata görə, klipin sifarişçisi "Gürcüstan arzusu" siyasi blokunun lideri Bedizna İvanaşvilidir. Klipin oktyabrın 1-dək, Gürcüstanda parlament seçkiləri keçiriləcək günədək telekanallarda yayınlanacağı da gözlənilir. Amma reklam şərtləri ilə…